Braziliyanın məşhur
Dünya
383
17:07, Bu gün

Braziliyanın məşhur "Marakana" stadionu satışa çıxarılıb

Braziliyanın Rio-de-Janeyro şəhərinin rəhbərliyi məşhur "Marakana" stadionunu satmaq qərarına gəlib.

Moderator.az "RMC Sport" radiostansiyasına istinadən xəbər verir ki, şəhər rəhbərliyi stadionun təmiri ilə bağlı xərclərdən yayınmaq və regionun 1.89 milyard avro dəyərində olan borcunun bir hissəsinin ödənilməsi üçün belə qərar qəbul edib.

"Marakana" stadionunda Braziliyanın məşhur klubları - "Flamenqo" və "Fluminense" ev oyunlarını keçirir. Braziliya millisinin bir çox oyunları da bu arenada oynanılır. Braziliyalılar 1950-ci ildə "Marakana"da Uruqvay seçməsini məğlub edərək, dünya çempionu olublar.

Arenada Almaniyanın qalib gəldiyi DÇ-2014-ün finalı, 2016-cı il olimpiadasının futbol turnirinin həlledici matçı da keçirilib. Məşhur stadion 78 min tamaşaçı tutumuna malikdir.

Link kopyalandı!
Son xəbərlər