Pakistan Əfqanıstanın
Dünya
561
16:15, Bu gün

Pakistan Əfqanıstanın "Taliban" rejimini darmadağın edə bilər

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif oktyabrın 29-da bəyan edib ki, İslamabad lazım gəldikdə Əfqanıstandakı "Taliban" rejimini tamamilə məhv etmək iqtidarındadır.

Moderator.az xəbər verir ki, o bunu Əfqanıstan və Pakistan atəşkəs danışıqlarının pozulması fonunda "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Taliban"ı sıxışdıraraq mağaralarda gizlənməyə məcbur etməkdən ötrü Pakistanın öz cəbbəxanasının, hətta bir hissəsini belə cəlb etməyinə ehtiyacı yoxdur", - deyə müdafiə nazirinin postunda bildirilib.

Link kopyalandı!
Son xəbərlər