Ermənistanda axtarışlar - Saxlanılanlar var
Dünya
194
16:12, Bu gün

Ermənistanda axtarışlar - Saxlanılanlar var

Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları Aparan bələdiyyəsi də daxil olmaqla, bir sıra ünvanlarda axtarışlar aparıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə "FactorTV" agentliyi məlumat verib.

Məlumata görə, axtarışlar zamanı təxminən 10 nəfər həbs edilib.

Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bələdiyyə binasında istintaq hərəkətləri aparır.

Hələlik bu məlumatla bağlı rəsmi şərh verilməyib.

Link kopyalandı!
Son xəbərlər