ABŞ Prezidenti Donald Trampı Cənubi Koreya Prezidenti Li Çje Myon ilə lanç zamanı "sülhməramlı deserti"nə qonaq ediblər. Brauninin qızılı elementləri ilə bəzədilmiş desert mövsümi meyvələr və qarabaşaq çayı ilə birlikdə təqdim edilib.
Moderator.az-ın xəbərinə görə, menyunun fotosunu "Bloomberg" nəşri dərc edib.
Əsas yemək kimi "Koreya səmimiyyət boşqabı" təklif edilib ki, bu, ABŞ mal əti, şabalıd, göbələk, yerkökü və turpdan ibarət olub.
"Koreya dadları güclü dostluğu qeyd etmək üçün ABŞ ruhu ilə birləşib", - deyə menyuda qeyd edilib.
Xatırladaq ki, daha əvvəl Cənubi Koreya lideri Trampa qədim Koreya Silla dövlətinin tacının zərli nüsxəsini, eləcə də ölkənin ən yüksək dövlət mükafatı olan "Muqunxva" ordenini hədiyyə edib. İki lider arasında görüş Kyondju şəhərində keçirilir.
Tramp dəfələrlə iddia edib ki, prezidentliyinin səkkiz ayı ərzində səkkiz münaqişəyə son qoyub.