Bizi sosial şəbəkələrdən izləyin:
Alimlər Braziliyada yarasalarda yeni koronavirus aşkar ediblər.
Moderator.az-ın "Bloomberg"ə istinadən verdiyi məlumata görə, o, COVID-19 və Yaxın Şərq respirator sindromunu (MERS) törədən viruslar üçün xarakterik olan genetik xüsusiyyətə malikdir.
Aşkar edilmiş "BRZ batCoV" adı verilən virus Latın Amerikasında geniş yayılmış kiçik həşəratyeyən yarasa növündə aşkarlanıb. Braziliyanın Maranyan və San-Paulu ştatlarında canlılardan tədqiqat üçün nümunə götürülüb.
Aparılan tədqiqat göstərir ki, bu virus beta-koronaviruslar ailəsinə aiddir. Bu qrupa həmçinin COVID-19-un törədicisi olan SARS-CoV-2, MERS-CoV virusu və atipik pnevmoniyanın ilkin virusu daxildir. Genetik analiz Braziliya virusunun insan və heyvan hüceyrələrindəki fermentlər tərəfindən parçalana bilən "spike" zülalının qısa bir hissəsini aşkarlayıb. Bu xüsusiyyət bəzi koronavirusların hüceyrələrə daha asan daxil olmasına kömək edir.
Bu cür parçalanma sahələri əvvəllər ABŞ-də koronavirus daşıyıcısı olan yarasalarda qeydə alınmayıb. Bu, əlamətlərin Cənubi Amerika yarasa populyasiyalarında müstəqil olaraq inkişaf edə biləcəyini güman etməyə imkan verir.