Bu gün maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
Dünya
249
13:27, Bu gün

Bu gün maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Günəşdə koronal dəliyin planetimizə təsiri səbəbindən bu gün Yer kürəsində zəif maqnit qasırğalarına qədər geomaqnit həyəcanlanmaları baş verə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (KTİ) Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
 
Laboratoriyanın "Telegram" kanalının məlumatında qeyd edilir: "2025-ci il oktyabrın 29-da kosmik hava; Sutkalıq proqnoz: Geomaqnit durumu - Günəşdəki koronal dəlikdən gələn plazmanın Yerə təsiri nəticəsində həyəcanlanmalar və aşağı səviyyəli maqnit qasırğaları proqnozlaşdırılır. Alışma aktivliyi - sakit".
 
Bildirilir ki, ötən sutkada geomaqnit vəziyyət zəif həyəcanlı, alışma aktivliyi isə sakit olub.
Link kopyalandı!
Son xəbərlər