Bizi sosial şəbəkələrdən izləyin:
İstanbuldan (Türkiyə) 60 km məsafədə yerləşən Gebze qəsəbəsin altımərtəbəli bina uçub.
Moderator.az NTV telekanalına istinadən xəbər verir ki, zərərçəkənlər barədə hələlik məlumat yoxdur.
Bildirilir ki, hadisə yerində xilasedicilər işləyirlər. Binanın yaxınlığında metro xəttinin çəkilişi işləri aparılırmış.
Ehtimallara görə, binanın dağıntıları altında təxminən altı nəfər qalıb.
Gebze meri Zinnur Büyükgöz bildirib ki, evdə yeddi nəfərdən ibarət iki ailə yaşayırdı, lakin çöküntü baş verən zaman onların evdə olub-olmadıqları hələlik bəlli deyil.