Ukraynalıların donmasına imkan vermərik - Niderland
Dünya
243
28 Oct 2025 | 22:57

Ukraynalıların donmasına imkan vermərik - Niderland

Niderland Ukraynanın enerji sektorunu dəstəkləmək üçün 25 milyon avro ayıracaq.

Moderator.az xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri David Van Veel X sosial şəbəkəsində məlumat verib.

"Həmkarım Andrey Sibiqaya enerji sektorunda əməkdaşlığı gücləndirdiyimizi də bildirdim. Rusiya Ukraynanın enerji infrastrukturuna qəsdən hücum edir. Niderland avadanlıq, təcili təmir və qaz alışı üçün 25 milyon avro ayırır. Dostlarımızın donmasına imkan verməyəcəyik", - o yazıb.

Link kopyalandı!
Son xəbərlər