Netanyahu Qəzzaya dərhal zərbələr endirmək əmri verdi
Dünya
257
28 Oct 2025 | 21:40

Netanyahu Qəzzaya dərhal zərbələr endirmək əmri verdi

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına dərhal güclü zərbələr endirilməsini əmr edib.

Moderator.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

"Təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrdən sonra baş nazir Netanyahu hərbçilərə Qəzza zolağına dərhal güclü zərbələr endirməyi tapşırdı", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, daha əvvəl anklav ərazisində HƏMAS hərəkatı ilə İsrail Müdafiə Ordusu arasında atışma baş verib.

Link kopyalandı!
Son xəbərlər