Ölən 10 yaşlı uşağı mal peyini ilə diriltmək istədilər - DƏHŞƏT
Dünya
254
16:40, Bu gün

Ölən 10 yaşlı uşağı mal peyini ilə diriltmək istədilər - DƏHŞƏT

Hindistanda valideynlər 10 yaşlı oğullarının cəsədini üç gün ərzində inək peyininin altında saxlayıblar ki, o dirilsin.
 
Moderator.az Lent.az-a istinadla bildirir ki, Kapil Catav adlı oğlan evdə ilan sancmasından gecə saatlarında dünyasını dəyişib. Onu təcili surətdə yerli dövlət xəstəxanasına aparıblar, həkimlər ölüm faktını təsdiqləyiblər.
 
Evə qayıtdıqdan sonra qohumlar qonşuların təsiri altında, guya sehrli ayinlərlə uşağı “dirildə bilən” adamlara müraciət etməyə qərar veriblər. Ailə cəsədi həmin adamlara aparıb, lakin mərasimlər nəticə verməyib.
 
Kəndə qayıtdıqdan sonra ümidsizliyə qapılan valideynlər uşağın cəsədini yarpaqlar və inək peyini ilə örtüblər. Sonra onu kəndin kənarında yerləşdirərək, “diriltmə ayinlərini” davam etdiriblər. Üç gün ərzində qohumlar və kəndlilər uşağın ayaqlarını budaqla döyərək hərəkət əlaməti görmək ümidi ilə müşahidə aparıblar.
 
Cəhdlər uğursuz olunca, sakinlər nəhayət hadisə barədə polisə məlumat veriblər. Hakimiyyət orqanları hadisə yerinə gəlib, cəsəd tibbi ekspertizaya göndərilib.
 
Link kopyalandı!
Son xəbərlər