Putinin zəifləyən ordusu və informasiya illüziyası
Dünya
909
28 Oct 2025 | 14:00

Putinin zəifləyən ordusu və informasiya illüziyası

"ABŞ kəşfiyyatı və müstəqil analitiklər Rusiyanın cəbhədəki uğurlarının mif olduğunu bildirir..."

Cəbhə reallığı və Rusiyanın dörd zəif nöqtəsi

İtaliyanın "La Stampa" nəşrinin yazdığına görə, Rusiya Ukraynada real qələbə perspektivini itirib, lakin Vladimir Putin hələ də "uğurlu əməliyyat" görüntüsünü qorumağa çalışır. ABŞ kəşfiyyatının mənbələri qeyd edir ki, Rusiya ordusunun dörd əsas zəif nöqtəsi artıq açıq görünür:

1. İnsan resurslarının tükənməsi - 2025-ci ildə 292 minə yaxın mülki rezervist cəlb olunsa da, onların əksəriyyəti təcrübəsiz və zəif hazırlıqlıdır.

2. İqtisadi böhran - Rusiya iqtisadiyyatı 2024-cü ildəki 4 faizlik artımdan sonra 0,6 faizə qədər enib, enerji ixracından gələn gəlirlərin azalması vəziyyəti daha da ağırlaşdırır.

3. Texnoloji geri qalma - Ukrayna artıq Rusiyanın "Shhed" tipli dronlarını neytrallaşdıra bilən, üstəlik, öz istehsalını ikiqat artıran yeni pilotsuz sistemlər istehsal edir.

4. Yavaş hərbi irəliləyiş - Cəbhədə Rusiya ordusu real nəticə göstərə bilmir və itkilərini gizlədir.

Bu arada Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatlarına görə, Rusiya komandanlığı Xarkov, Sumi və Donetsk istiqamətlərində "irəliləyişlər" barədə hesabatlar verərək itkiləri gizlədir. Hətta bəzi yaralı və xəstə əsgərlər müalicədən çıxarılıb döyüşə göndərilir. Ukrayna tərəfi isə bildirir ki, təkcə Volçansk istiqamətində 15 min rus əsgəri məhv edilib. Cəbhənin müxtəlif istiqamətlərində Moskvanın strateji nailiyyəti yoxdur, yalnız bir neçə kilometrlik lokal hərəkətlər, o da yüksək itki bahasına başa gəlir.

Putinin informasiya müharibəsində məğlubiyyəti

Rusiyanın "irəliləyiş" iddiaları artıq hərbi deyil, siyasi xarakter daşıyır. Kreml ictimai rəy üzərində nəzarəti saxlamaq üçün uydurma qələbə xəbərləri ilə daxili auditoriyanı sakitləşdirməyə çalışır. Lakin bu, həm ordu, həm də cəmiyyət üçün təhlükəli illüziyaya çevrilir, çünki reallıqla təbliğat arasındakı fərq hər gün dərinləşir.

ABŞ və Avropa analitiklərinin qiymətləndirməsinə görə, Putin artıq "müharibəni udmaq"dan çox, onun nəticələrini gecikdirməyə çalışır. İqtisadiyyatın tükənməsi, cəbhədə itkilərin artması və beynəlxalq təcrid Rusiyanı daxili böhrana aparır. Bu şəraitdə Kreml üçün yeganə "silah" informasiya müharibəsidir, amma bu da artıq etibarını itirir.

Əgər Tramp administrasiyası sanksiyaları davam etdirərsə və Ukrayna Qərb texnologiyası ilə silahlanmağa davam edərsə, 2025-2026-cı illərdə Rusiya ordusunun resurs çatışmazlığı qaçılmaz olacaq. Putinin əsas zəifliyi təkcə ordu deyil, öz illüziyalarına inanmaqdır, bu isə istənilən müharibədə ən təhlükəli məğlubiyyət formasıdır.

Moderator.az

Link kopyalandı!
Son xəbərlər