Vyetnam və Rusiyanın gizli sövdələşməsi ifşa edildi
Dünya
726
28 Oct 2025 | 13:59

Vyetnam və Rusiyanın gizli sövdələşməsi ifşa edildi

Vyetnam Rusiyadan gizli şəkildə külli miqdarda silah alıb.

Moderator.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

Nəşr yazıb ki, ABŞ-nin keçmiş prezidenti Co Baydenin dövründə Amerika və Vyetnam böyük yaxınlaşmağa nail olub. Amma Moskva onun silahlarının əsas alıcısı kimi Hanoyla münasibətləri möhkəmləndirmək üçün səylərini əsirgəməyib. NYT-nin araşdırması sənədlərin təhlili, həmçinin Vyetnam və ABŞ rəsmiləri ilə müsahibələrə əsaslanır.

Məqalədə qeyd edilib ki, bu yay Hanoyda Rusiya ilə hava və dəniz müdafiəsi avadanlığının tədarükü üçün yeni böyük müqavilələr imzaladığı barədə şayiələr yayılmağa başlayıb. Hərbi analitiklərin fikrincə, bu, uzun illər ərzində Vyetnamın ən böyük hərbi sifarişlərindən biri ola bilər. Qəzetə Moskvadan böyük alışların edildiyini təsdiqləyən rəsmilərdən biri vurğulayıb ki, sövdələşmə 8 milyard dollar dəyərində olub, alışlar arasında 40 yeni döyüş təyyarəsi də var.

Link kopyalandı!
Son xəbərlər