İspaniyada PUA-lar doqquz təyyarənin enişinə imkan vermədi
Dünya
249
13:55, Bu gün

İspaniyada PUA-lar doqquz təyyarənin enişinə imkan vermədi

Doqquz təyyarə İspaniyanın şərqindəki "Alikante-Elçe Migel Hernandez" hava limanına eniş edə bilməyib.

Moderator.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, buna səmada pilotsuz uçan aparatların (PUA) olması səbəb olub.

Nəşrin məlumatına görə, insident oktyabrın 27-də axşam saatlarında baş verib. PUA-ların görünməsi ilə əlaqədar hava limanı müvəqqəti bağlanıb, sərnişinlərin uçuşuna məhdudiyyətlər tətbiq edilib.

Böyük Britaniyadan İspaniyaya uçan 9 təyyarə yaxınlıqdakı aerodromlara yönləndirilib.

Məlumatda vurğulanır ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Lakin onlar PUA-ların yerini müəyyən edə bilməyiblər.

Araşdırmalar başa çatdıqdan sonra alternativ aerodromlara göndərilən təyyarələrin Alikanteyə qayıtmasına icazə verilib.

Link kopyalandı!
Son xəbərlər