Ata və qızını arılar sancıb öldürdü
Dünya
274
13:00, Bu gün

Ata və qızını arılar sancıb öldürdü

Braziliyanın Rio-Grande-do-Sul ştatının şimal-şərqində yerləşən Vakariya bələdiyyəsində ata və qız arı hücumu nəticəsində həlak olublar.

Moderator.az xarici KİV-ə istinadla xəbər verir ki, Silvana da Fatima Bragansa da Luş avtomobili idarə edərkən idarəetməni itirib, yol kənarına çıxaraq arı pətəyinin üzərindən keçib. Bundan sonra ona arı sürüsü hücum edib.

Kömək üçün qışqırışları eşidən qonşular hadisə yerinə qaçıblar. 79 yaşlı atasının da qızına kömək məqsədilə ora getdiyi, lakin onun da çoxsaylı arı sancmalarına məruz qaldığı bildirilir. Kişi ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, ertəsi gün vəfat edib. Xilasedicilər bildiriblər ki, ata və qızını yüzlərlə arı sancıb. Hadisə yerinə çatan xilasedicilər qadını sağ vəziyyətdə aşkar etsələr də, həkimlər onu xilas edə bilməyiblər.

Xilasetmə məntəqəsi təxminən 60 km məsafədə yerləşdiyi üçün köməyə gecikib. Polis hadisə ilə bağlı araşdırma aparır.

Link kopyalandı!
Son xəbərlər