15:26
23°C
Bakı
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 4,6 bal gücündə daha bir zəlzələ olub.
Moderator.az xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 10:10-da (Bakı vaxtilə 11:10), yerin 6,22 km dərinliyində baş verib. Yeraltı təkanlar İstanbulda da hiss olunub.
Qeyd edək ki, dünən Sındırqı rayonunda yerli vaxtla saat 22:50-də (Bakı vaxtı ilə 23:50) 6,1 bal gücündə zəlzələ baş verib. Nəticədə 22 nəfər xəsarət alıb.