15:14
23°C
Bakı
Niderlandın xarici işlər naziri David van Vil Kiyevə səfər edib.
Moderator.az-ın məlumatına görə, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O qeyd edib ki, Ukrayna Niderlandın dəstəyinə güvənə bilər:
"Günahsız insanlar əziyyət çəkir. Qış yaxınlaşarkən evlər elektriksiz və qaz təhcizatı olmadan qalır. Ukrayna bizim maksimum dəstəyimizə güvənə bilər".