17:59
21°C
Bakı
Keniyanın Kvale şəhərində təyyarə qəzaya uğrayıb, göyərtəsində 12 nəfər olub.
Moderator.az-ın "Reuters" agentliyinə istinadən məlumatına görə, bu barədə Keniyanın Mülki Aviasiya İdarəsi məlumat verib.
Məlumata görə, təyyarə Dianidən Kiçva Tembo turizm kompleksinə gedirmiş.
Ölən və xəsarət alanlar barədə məlumat yoxdur. Bildirlib ki, qəzanın səbəbləri araşdırılır.