15:07
22°C
Bakı
İtaliyada yoxsulluq səviyyəsi Corcia Meloni kabineti dövründə son 10 ildə ən yüksək həddə çatıb.
Moderator.az-ın xəbərinə görə, bu barədə "RIA Novosti" İtaliya nazirlikləri və statistika xidmətinin məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, Meloninin hakimiyyəti dövründə ölkədə mütləq yoxsulluq göstəricisi artıb. Hazırda ev təsərrüfatlarının 9.8%-i mövcud qiymətlərlə əsas mal və xidmətlər dəstini ala bilmir. Bu, 2014-cü ildən bəri ən yüksək göstəricidir.
Ev təsərrüfatlarının istehlak xərclərinin yoxsulluq həddindən aşağı düşdüyü nisbi yoxsulluq səviyyəsi son üç ildə əhalinin 14.9%-nə qədər yüksəlib ki, bu da 2017-ci ildən bəri ən yüksək səviyyədir.
Ölkədə, həmçinin əməkhaqqı da azalır. Son 3 ildə real ifadədə əməkhaqqı 4.3% azalıb.