Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi
Dünya
771
28 Oct 2025 | 11:40

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

Rusiya Qırğızıstanın cənub bölgəsinə növbəti ərzaq yardımı göndərib.

Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın Bişkekdəki səfirliyi məlumat yayıb.

Məlumata görə, Oş vilayətinə 121,44 ton günəbaxan yağı gətirilib. Bu yardım BMT-nin Ümumdünya Ərzaq Proqramının nümayəndələri və yerli hakimiyyət orqanları tərəfindən ehtiyacı olan ailələrə paylanacaq.

Yerli KİV yazıb ki, Rusiya Qırğızıstanda Ümumdünya Ərzaq Proqramının ən böyük donorudur.

Link kopyalandı!
Son xəbərlər