17:24
21°C
Bakı
Bu gün Finlandiya Prezidenti Aleksandr Stubb Qazaxıstana rəsmi səfər edib.
Moderator.az xəbər verir ki, bu barədə Akorda (Qazaxıstan Prezident Administrasiyası) məlumat yayıb.
Səfər çərçivəsində Aleksandr Stubb Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə ediləcəyi gözlənilir.