Macarıstan Ukraynaya qarşı ittifaq yaradır
Dünya
250
10:57, Bu gün

Macarıstan Ukraynaya qarşı ittifaq yaradır

Macarıstan Avropa Birliyində antiukrayna ittifaqı yaratmaq üçün Çexiya və Slovakiya ilə birləşməyə çalışır.

Moderator.az xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orbanın siyasi müşaviri Balaj Orban “Politiko”ya danışıb.

“Orban Çexiyada bu yaxınlarda keçirilən parlament seçkilərində qalib gələn Andrey Babiş, eləcə də Slovakiya Baş naziri Robert Fitso ilə AB liderlərinin görüşü öncəsi mövqeləri uyğunlaşdırmaq, o cümlədən sammitdən əvvəl ilkin görüşlər keçirmək üçün birləşməyə ümid edir”, - müşavir bildirib.

Nəşr qeyd edir ki, güclü siyasi ittifaqın yaradılması hələ uzaqdır, lakin onun formalaşması AB-nin Ukraynaya maliyyə və hərbi dəstək göstərmək səylərinə əhəmiyyətli dərəcədə mane ola bilər.

Link kopyalandı!
Son xəbərlər