13:17
22°C
Bakı
Boliviyanın Koçabamba bölgəsində avtobusun uçurumdan aşması nəticəsində azı 16 nəfər həlak olub.
Moderator.az xəbər verir ki, bu barədə "El Deber" qəzeti yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, avtobus sürüşərək yoldan çıxıb və 600 metr dərinlikdəki dərəyə yuvarlanıb.
Hadisə ilə əlaqədar avtobusun sürücü saxlanılıb. Bildirilir ki, onun sürət həddini aşması döngədə idarəetməni itirməsinə səbəb olub.
Ağır qəza zamanı 20-dən çox insan da yaralanıb.