İranda zəlzələ baş verib
Dünya
818
09:47, Bu gün

İranda zəlzələ baş verib

Bu gün səhər saatlarında İranda İsfahan əyalətinin şərqindəki Fərxi şəhərində Rixter cədvəli üzrə 3.4 bal gücündə zəlzələ baş verib.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, təbiət hadisəsi 14 kilometr dərinlikdə qeydə alınıb.

Hələlik yeraltı təkanlar nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.

Link kopyalandı!
Son xəbərlər