Yaponiyada kritik vəziyyət: Vəhşi ayılara qarşı ordu göndəriləcək
Dünya
776
08:57, Bu gün

Yaponiyada kritik vəziyyət: Vəhşi ayılara qarşı ordu göndəriləcək

Yaponiyada Akita prefekturasının qubernatoru ayı hücumları ilə mübarizə üçün hərbçilərdən yardım istəyib.
 
Bu barədə "The Asahi Shimbun" məlumat verib.
 
Qubernator Kenta Suzuki sosial mediada Yaponiya Özünümüdafiə Qüvvələrinə müraciət edərək? Akitada ayı hücumu ilə bağlı vəziyyətin kritik olduğunu bildirib. Rəsmi şəxs vəziyyətin istənilən an nəzarətdən çıxa biləcəyini etiraf edib və aqressiv ayıların hücumunu dayandırmaq üçün hərbçiləri müdaxilə etməyə çağırıb.
 
Qeyd edək ki, 2025-ci il Yaponiyada ayı hücumları üçün rekord il olub. On nəfər ayılar tərəfindən öldürülüb ki, bu da tarixdə görünməmiş bir rəqəmdir. /oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər