Bizi sosial şəbəkələrdən izləyin:
Balıkesirdə dünən axşam saatlarında baş verən 6.1 ballıq zəlzələdən sonra 100-dən çox afterşok qeydə alınıb.
Moderator.az xəbər verir ki, bununla bağlı Kandilli Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, afterşoklar Sındırgı,Bigadiç və Dursunbeydə 2-4.5 bal gücündə olub.
Qeyd olunub ki, vətəndaşlar gecəni küçələrdə keçirməli olublar.
Rəsmi şəxslər insanlara dağılma təhlükəsi olan binalara girməməklə bağlı çağırış edib.