Türkiyədə güclü zəlzələ oldu - Dağıntılar var - YENİLƏNİB
Dünya
310
00:30, Bu gün

Türkiyədə güclü zəlzələ oldu - Dağıntılar var - YENİLƏNİB

Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində dağıntılar qeydə alınıb.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, vilayətin Sındırqı rayonunda bir neçə bina uçub.

Ölkənin səhiyyə naziri Kemal Memişoğlu indiyə kimi tibb xidmətinə müraciətin qeydə alınmadığını açıqlayıb.

Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ Türkiyə saatı ilə 22:48-də (Bakı vaxtı ilə 23:48) Balıkesirin Sındırqı rayonunda qeydə alınıb.

Yeraltı təkanları ocağı 5,99 kilometr dərinlikdə yerləşib.

Dağıntı barədə məlumat yoxdur.

Link kopyalandı!
Son xəbərlər