02:44
18°C
Bakı
Moskva Birjasının indeksi (MOEX) əsas ticarət sessiyasının əvvəlində 2494,28 bənd (-1,95%) azalıb.
Moderator.az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, ticarət gününün sonuna doğru o enişini davam etdirib və 2476,79 bənd (-2,64%) təşkil edib.
Moskva Birjasının indeksi axırıncı dəfə 2500 bənddən aşağıya 20 dekabr 2024-ci il tarixində düşüb.
Səhm bazarında eniş liderləri "Tatneft" (-5,22%), "Norilsk Nikel" (-5,1%), "Lukoyl" (-5,08%), PİK qrupu (-5,02%) və "Rostelekom" (-4,86%) olublar.