İranın keçmiş prezidenti Məhəmməd Hatəmi bildirib ki, Türkiyə neftə sahib olmasa da, turizm və sənayedə İrandan daha yüksək inkişaf səviyyəsinə çatıb.
Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, siyasətçi İranın Yəzd şəhərinə səfəri zamanı mövcud vəziyyətlə bağlı açıqlamalar verib.
"Demək istəmirəm ki, Türkiyə bizim üçün model deyil. Amma Türkiyənin bir damla da nefti yoxdur. Buna baxmayaraq, bu gün turizm və sənayedə bizdən çox irəlidədir. Bizim neftimiz var, onlarda isə yoxdur, amma onların turizm gəlirləri bizim ümumi neft gəlirlərimizdən çoxdur", - deyə Hatəmi qeyd edib.
Sabiq dövlət başçısı İran iqtisadiyyatının neftdən asılı olduğundan şikayətlənib.
"Biz başqa xəyalların arxasınca düşdük. Regiondakı digər ölkələrdən geri qaldıq. İnkişafımız yalnız hərbi sahədə olub və bu, raket proqramımızın sayəsindədir. Buna görə də hərbi sahədə regionda üçüncü yerdəyik, lakin digər göstəricilərdə çox geri qalırıq", - Hatəmi deyib.