Avropa Liqasının ikiqat qalibi karyerasını bitirdi
Dünya
228
27 Oct 2025 | 22:20

Avropa Liqasının ikiqat qalibi karyerasını bitirdi

Polşa millisinin keçmiş kapitanı Qjeqoj Krixovyak karyerasını bitirib.

Moderator.az xəbər verir ki, bu barədə 35 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında məlumat yayıb.

Krixovyak son olaraq vətənində “Radzımin” komandasında oynayıb.

Qeyd edək ki, Qjeqoj Krixovyak İspaniyanın “Sevilya" klubu ilə iki dəfə UEFA Avropa Liqasının, PSJ ilə Fransa Kubokunun və Fransanın Liqa Kubokunun, eləcə də "Lokomotiv"lə iki dəfə Rusiya Kubokunun qalibi olub. O, Polşa millisinin heyətində keçirdiyi 100 oyunda 5 qol vurub.

Link kopyalandı!
Son xəbərlər