01:25
18°C
Bakı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avrasiya təhlükəsizliyi üzrə beynəlxalq konfransda iştirak etmək üçün Minskə gəlib.
Moderator.az xəbər verir ki, konfrans oktyabrın 28-dən 29-dək Minskdə keçiriləcək.
Təşkilatçıların fikrincə, konfransın əsas məqsədi qlobal nizamdakı böhran, hərbi-siyasi ziddiyyətlər və Avrasiyanın təhlükəsizliyini müzakirə etməkdir.
Konfransda 40-dan çox ölkə və yeddi beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcək.