Belarus Litvaya etiraz notası verdi
Dünya
234
27 Oct 2025 | 21:40

Belarus Litvaya etiraz notası verdi

Litvanın Belarusdakı müvəqqəti işlər vəkili Erikas Vilkanetsas bu gün Belarus Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Moderator.az bildirir ki, bu barədə Belarus XİN məlumat yayıb.

Litvalı diplomata əvvəlcədən heç bir bildiriş olmadan rəsmi Vilnüs tərəfindən sərhədin növbəti birtərəfli bağlanması ilə bağlı etiraz notası təqdim edilib.

Xatırladaq ki, dünən Litva Belarusla sərhəddə qalan son iki keçid məntəqəsini birtərəfli olaraq qeyri-müəyyən müddətə bağlayıb.

Link kopyalandı!
Son xəbərlər