FƏTH, HƏMAS və Misir vasitəçiləri Qəzza üçün yeni rəhbər seçimi üzrə razılığa gəlib
Dünya
487
27 Oct 2025 | 21:30

FƏTH, HƏMAS və Misir vasitəçiləri Qəzza üçün yeni rəhbər seçimi üzrə razılığa gəlib

"Texnokrat komitənin yaradılması və Amcad əş-Şavanın rəhbərliyi Qəzza bölgəsində idarəetməni yenidən formalaşdırır..."

Misir prezidenti Əbdül-Fəttah əs-Sisi fevral ayında təqdim etdiyi planın tədricən Qəzza bölgəsinin idarəetmə mexanizmlərinin əsasına çevrildiyini görür.

İsrailin "Detaly" nəşrinin yazdığına görə, Misir kəşfiyyatının rəhbəri Həsən Rəşadın rəhbərliyi altında FƏTH (Fələstin Milli Qurtuluş Hərəkatı) və HƏMAS-ın başçılığı ilə Fələstin fraksiyaları texnokratlardan ibarət komitəyə Qəzza üzərində idarəetməni vermək barədə razılığa gəliblər. Bu addım Trampın 20 maddəlik planının mülki hissəsinə geniş Fələstin legitimliyi qazandırır və gələcəkdə hərbi aspektlərə də tətbiq edilə bilər.

HƏMAS texnokrat komitənin rəsmi üzvü olmasa da, komitəyə legitimlik verən strukturdadır, nəticədə Fələstin Administrasiyasının Qəzza üzərində hakimiyyəti möhkəmlənir. Misir isə artıq yalnız simvolik rol oynamır, bölgədə birbaşa təsirini təmin etmək niyyətindədir və çoxmillətli qüvvələrin mandatı hələ müəyyənləşdirilsə də, Qahirə prosesin mərkəzindədir.

Yeni texnokrat hökumət və liderlik

FƏTH, HƏMAS və Misir vasitəçiləri Qəzza üçün yeni rəhbər seçimi üzrə ilkin razılığa gəlib. "Kan 11" telekanalının məlumatına görə, texnokrat hökumətin rəhbəri vəzifəsinə Amcad əş-Şava təsdiqlənib - o, Qəzzadakı vətəndaş təşkilatları şəbəkəsinin sədri, HƏMAS-a yaxın, lakin rəsmi üzv deyil. O, yalnız geniş milli dəstək olarsa vəzifəni qəbul edəcək, məqsəd isə Qəzzanın bərpası və humanitar yardımın koordinasiyasıdır.

Misirin rolu və regionun təhlükəsizliyi

Misir uzun müddət yalnız köməkçi qüvvə kimi fəaliyyət göstərib, amma indi bölgədə birbaşa təsirini təmin etmək niyyətindədir. FƏTH-in açıqlamasında vurğulanır ki, Qəzza təhlükəsizliyi rəsmi Fələstin qüvvələrinin məsuliyyətindədir və beynəlxalq iştirak yalnız sərhədlərlə məhdudlaşdırılmalıdır. Beləliklə, Misirin Qəzza üzrə siyasəti həm Fələstin administrasiyasının legitimliyini gücləndirir, həm də regionda onun rolunu möhkəmləndirir.

Moderator.az

Link kopyalandı!
Son xəbərlər