23:06
17°C
Bakı
Moskvadakı hostellərdən birində keçirilən reyd zamanı 370-dən çox miqrant anbar və istehsal obyektlərində olma qaydalarını pozduqları üçün saxlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə "Rosqvardiya"nın paytaxt üzrə Baş İdarəsinin "Telegram" kanalında məlumat verilib.
"Miqrasiya qanunvericiliyinə riayət olunmasına nəzarət üzrə əməliyyat zamanı 370-dən çox miqrant saxlanılıb", - məlumatda deyilir.
Qeyd olunur ki, onlar şəhər dairəsinin anbar və istehsal obyektlərində olma qaydalarının pozulması faktı üzrə sənədlərin rəsmiləşdirilməsi üçün daxili işlər orqanlarına təhvil veriliblər.