21:55
17°C
Bakı
Kamerun lideri Pol Biya prezident seçkisində seçicilərin səslərinin 53.66%-ni toplayaraq, səkkizinci müddətə dövlət başçısı seçilib.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı "Agence France-Presse" agentliyi Kamerun Konstitusiya Şurasının məlumatına istinadla yayıb.
Bildirilir ki, 1982-ci ildən hakimiyyətdə olan Prezident Pol Biya 92 yaşında səkkizinci müddətə Kamerunun prezidenti seçilib. Kamerun Milli Xilas Cəbhəsinin rəhbəri və prezidentin əsas rəqibi İssa Çiroma Bakari 35.19% səslə ikinci yerdə qərarlaşıb.
Qeyd edək ki, Kamerunda prezident seçkiləri oktyabrın 12-də keçirilib və kütləvi etirazlarla müşayiət olunub.