01:00
18°C
Bakı
Karib dənizində Qvadelupa sahillərində (Fransanın dənizaşırı ərazisi) 6,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
ABŞ-nin Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) sunami təhlükəsi elan edib.
Geoloji Xidmətin məlumatına əsasən, zəlzələnin episentri təxminən 22 min nəfərin yaşadığı Sent-Ann şəhərindən 196 km qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.