Hərəkətdə olan naməlum obyektləri izləmək üçün istifadə edilən "Enigma" tətbiqi ABŞ sularında 9000-dən çox sirli hadisə barədə məlumat ötürüb.
Moderator.az-ın məlumatına görə, bu barədə "New York Post" (NY Post) nəşri məlumat verib.
2025-ci ilin avqust ayından bəri ən çox məlumat Kaliforniya (389) və Florida (306) sahillərində qəribə sualtı obyektlər haqqında daxil olub. Nəşr qeyd edir ki, sirli hallar ABŞ sahil xəttinin 10 mili daxilində baş verib, 5 mili daxilində də 500 hadisə qeydə alınıb.
150-dən çox siqnalda obyektlərin suyun üzərində qaldığı və ya suya endiyi bildirilib. Belə hadisələrdən biri videoya çəkilib. Görüntülərdə Florida ştatının Fort-Loderdeyl şəhəri yaxınlığında qəribə yaşıl işıqların okean səthinin üzərində hərəkəti əks olunub.