"Azadlıq irəliləyir" partiyası Argentina parlament seçkisində seçicilərin 40%-dən çox səsini qazanaraq, qalib gəlib.
Moderator.az-ın məlumatına görə, bu barədə "Todo Noticias" telekanalı məlumat yayıb.
"Hökumət PBA, CABA, Kordova, Santa-Fe və Mendosada qalib gəlib və ölkə üzrə 40%-dən çox səs toplayıb", - seçkinin nəticələrinə dair rəsmi sənəddə bildirilir.
Seçici fəallığı tarixdə ən aşağı səviyyədə olub: təxminən 68% insan səsvermədə iştirak etməyib. Eyni zamanda, keçirilmiş sorğuların məlumatları Argentina Prezidenti Xavyer Mileyin partiyasının seçkidə qalib gələ bilməyəcəyini təsdiqləyirdi, lakin əslində hər şey tamamilə fərqli oldu. ABŞ Prezidenti Donald Tramp artıq Mileyi və onun partiyasını inamlı qələbə münasibətilə təbrik edib və öz etimadını ifadə edib.