Amerikalı senator:
Dünya
469
16:20, Bu gün

Amerikalı senator: "Venesuela prezidenti artıq Rusiyaya və ya Çinə qaçmalıdır" - VİDEO

"Venesuela prezidenti mümkün qədər tez Rusiya və ya Çinə qaçmalıdır".

Moderator.az-ın məlumatına görə, bunu ABŞ-nin Respublikaçılar Partiyasından olan senator Rik Skott "Fox News" telekanalına müsahibəsində bildirib.

"Maduronun yerində olsaydım, dərhal Rusiyaya və ya Çinə gedərdim. Onun günləri sayılıdır", - deyə amerikalı siyasətçi Maduro haqqında fikir bildirib.

O əmindir ki, çox tezliklə Venesuela ilə bağlı nə isə fövqəladə hadisələr baş verəcək - ya ölkə daxilində, ya da onun hüdudlarından kənarda. Respublikaçı senatorun fikrincə, bunlar dəyişikliklərə gətirib çıxaracaq.

"Nə isə baş verməlidir. İstər daxili, istərsə də xarici amillər olsun, mən düşünürəm ki, nə isə baş verməlidir", - deyə Skott bildirib.

Lakin bununla yanaşı, o əlavə edib ki, ABŞ qoşunlarının Venesuelaya müdaxiləsi barədə xəbər onu çox təəccübləndirib.

Senator iddia edir ki, Venesuela xalqı son prezident kampaniyasında Maduroya qarşı səs verib, lakin o seçkini "oğurlayıb". O, Venesuela prezidentini diktator və narkokartel başçısı adlandırıb.

Link kopyalandı!
Son xəbərlər