19:29
16°C
Bakı
"Mossad" müxtəlif ölkələrdə terror aktlarının təşkilində əli olan yüksəkrütbəli İran məmurunu ifşa edib.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə məlumatı İsrail Baş nazirinin aparatı "Mossad" adından yayıb.
Söhbət İslam İnqilabının Keşikçiləri Korpusunun (İİKK) yüksəkrütbəli komandiri Sərdar Amardan gedir.
Bildirilir ki, onun komandanlığı ilə Yunanıstan, Avstraliya və Almaniyada İsrail və yəhudi obyektlərinə qarşı hücumlar planlaşdıran beynəlxalq şəbəkə yaradılıb.
2024-2025-ci illərdə İsrailin və digər ölkələrin xüsusi xidmət orqanlarının birgə əməliyyatları nəticəsində bu qəbildən onlarca qəsdin qarşısı alınıb.