Şiddətli döyüşlər gedir, vəziyyət ağırdır
Dünya
275
26 Oct 2025 | 23:30

Şiddətli döyüşlər gedir, vəziyyət ağırdır

Ukrayna Prezidenti Vladimir Zelenski Krasnoarmeyskdə (Pokrovsk) və ətraf ərazilərdə Ukrayna Silahlı Qüvvələrinin çətin vəziyyətdə olduğunu etiraf edib.

Moderator.az xəbər verir ki, o, bu barədə "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, Rusiya qüvvələri əsas zərbə qrupunu Pokrovskda cəmləşdirib. Bu, Pokrovsk və qonşu rayonlarda ağır situasiyaya səbəb olur.

"Şəhərdə, şəhər ətrafında şiddətli döyüşlər gedir. Şəhərdə təxribat və kəşfiyyat qrupları var. Logistik çətinliklər yaranıb", - deyə Ukrayna lideri qeyd edib.

 

Link kopyalandı!
Son xəbərlər