Siyarto: Macarıstan Rusiya neftindən imtina edə bilməz
Dünya
289
26 Oct 2025 | 22:51

Siyarto: Macarıstan Rusiya neftindən imtina edə bilməz

Macarıstan enerji təchizatı məsələsinə realist yanaşır və Rusiya neftindən imtina etmək imkanında deyil.

Moderator.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Fox News” telekanalına müsahibəsində bildirib.

“Əgər real baxsaq, biz Rusiya neftindən imtina edə bilmərik,” – deyə nazir vurğulayıb.

Siyartonun sözlərinə görə, enerji təchizatı məsələsinə siyasət deyil, fiziki reallıqlar prizmasından yanaşmaq lazımdır.

“Siyasətlə evləri isitmək və ya soyutmaq mümkün deyil”, - nazir qeyd edib.

Link kopyalandı!
Son xəbərlər