02:04
17°C
Bakı
Qara dənizdə, İstanbul yaxınlığında 3,7 bal gücündə zəlzələ qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Kandilli Seysmoloji Mərkəz isə zəlzələnin gücünü 3,9 bal olaraq açıqlayıb.
Zəlzələnin episentri İstanbuldan 13 kilometr şimal-qərbdə, sahildən təxminən 16 kilometr aralıda yerləşib.
Şəhərin bir neçə bölgəsinin sakinləri yeraltı təkanları hiss edib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Qeyd edək ki, bu gün Türkiyənin Diyarbəkir vilayətində 4 bal gücündə zəlzələ qeydə alınıb.