Argentinada avtobus körpüdən aşıb: Doqquz nəfər həlak olub
Dünya
283
26 Oct 2025 | 22:34

Argentinada avtobus körpüdən aşıb: Doqquz nəfər həlak olub

Argentinanın şimal-şərqində avtobus körpüdən çaya düşüb.

Qəza nəticəsində ən azı doqquz nəfər həlak olub.

Məlumata görə, avtobus əks istiqamətdə hərəkət edən avtomobillə toqquşub. Qəza nəticəsində sərnişin daşıyan nəqliyyat vasitəsi mühafizə məhəccərindən aşaraq körpüdən çaya düşüb. Səkkiz sərnişin və sürücü həlak olub, 29 nəfər xəstəxanalara aparılıb.

Avtobus Obera şəhərindən Misiones əyalətində yerləşən Puerto İquazu şəhərinə gedib. Qəza zamanı magistral yolda sıx duman olub.

 

(Oxu.az)

Link kopyalandı!
Son xəbərlər