00:56
17°C
Bakı
Cənubi Koreya hakimiyyəti ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında Koreyalararası sərhəddə mümkün görüşlə bağlı rəsmi məlumata malik olmadığını açıqlayıb.
Moderator.az xəbər verir ki, bunu Koreya Respublikası Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Vi Son Lak bildirib.
Onun sözlərinə görə, rəsmi Seul yalnız Trampın Şimali Koreya lideri ilə görüşü barədə bəyanatlardan xəbərdardır, lakin onun hazırlandığına dair hələlik təsdiq almayıb.
Buna baxmayaraq, Cənubi Koreyanın belə bir hadisəyə hazır olduğu vurğulanıb.
Qeyd eədk ki, Donald Trampın APEC tədbirləri çərçivəsində oktyabrın 29-30-da Koreya Respublikasına səfər edəcəyi gözlənilir.
(Publika)