Rusiya Prezidenti Vladimir Putin itkiləri minimuma endirmək üçün Ukrayna silahlı qüvvələrinin şəxsi heyətinin təslim olmasını təmin edəcək tədbirlər görülməsinə göstəriş verib.
Moderator.az xəbər verir ki, bu barədə Putin birləşmiş qoşun qrupunun komanda məntəqələrindən birində Baş Qərargah rəisi və qrup komandirləri ilə görüşündə deyib.
O qeyd edib ki, rus ordusu düşmənə qarşı “həmişə mərhəmətli olub” və bunu nəzərə almaq lazımdır.
Putin Baş Qərargah rəisi Gerasimovdan mühasirəyə alınmış Ukrayna silahlı qüvvələrinin əsgərləri arasında lazımsız itkiləri minimuma endirməyi xahiş edib.
Qeyd edək ki, Rusiya ordusunun Ukraynada İrpen də daxil olmaqla, bir çox qətliamlar törətdiyi, təslim olan yaşlı əsgərləri belə gülllələdiyi, əsir alınanları isə dözülməz şəraitdə saxladığımı əks etdirən saysız-hesabsız görüntülər var.