22:32
17°C
Bakı
İraqın Bəsrə şəhərində yerləşən neft bazasında partlayış baş verib.
Moderator.az bu barədə "Sky News Arabia" telekanalına istinadən xəbər verir.
Hadisə nəticəsində iki işçi həlak olub, bir neçə nəfər isə yaralanıb.
Yanğın "Əz-Zəbir" yatağında bir neçə anbarı bürüyüb.