Luvr muzeyində oğurluqda şübhəli bilinən iki nəfər saxlanıldı
Dünya
994
26 Oct 2025 | 14:10

Luvr muzeyində oğurluqda şübhəli bilinən iki nəfər saxlanıldı

Fransa polisi oktyabrın 25-i axşam saatlarında Luvr muzeyində oğurluq işi üzrə iki şübhəlini saxlayıb.

Moderator.az bu barədə "Le Figaro" qəzetinə istinadən xəbər verir.

Şübhəlilərdən biri Parisin Ruasi-Şarl-de-Qoll hava limanında Əlcəzairə uçmaq üçün təyyarəyə minməyə çalışarkən saxlanılıb.

İkinci şübhəli Sena-Sen-Deni departamentində aşkarlanıb. Muzeydən oğurlanmış səkkiz qiymətli əşya, həmçinin bu işlə bağlı digər iki şübhəli hələ tapılmayıb.

Xatırladaq ki, Luvr muzeyində oğurluq hadisəsi oktyabrın 19-da baş verib.

Link kopyalandı!
Son xəbərlər