Tramp Kamboca və Tailandla ticarət və mineral sazişləri imzalayıb
Dünya
717
12:00, Bu gün

Tramp Kamboca və Tailandla ticarət və mineral sazişləri imzalayıb

ABŞ Prezidenti Donald Tramp Kamboca ilə ticarət sazişi, eləcə də Tailandla zəruri mineral sazişləri imzalayıb.

Bu barədə Moderator.az xarici mediaya istinadən xəbər verir.

Mərasim Kuala-Lumpurda keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının sammiti çərçivəsində baş tutub. Sammitdə Tailand və Kambocanın baş nazirləri Anuthin Çanvirakun və Xun Manet Trampın sülh sazişi adlandırdığı münasibətlər haqqında birgə bəyannamə imzalayıblar.

"Bu gün biz həmçinin Kamboca ilə böyük ticarət sazişi və Tailandla çox vacib vacib mineral sazişi imzalayırıq", - Tramp bildirib.

Çıxışlardan sonra bütün siyasətçilər bir sıra sənədləri imzalayıblar.

Link kopyalandı!
Son xəbərlər