PKK Türkiyədən tamamilə çəkildiyini açıqlayıb - YENİLƏNİB
Dünya
403
11:55, Bu gün

PKK Türkiyədən tamamilə çəkildiyini açıqlayıb - YENİLƏNİB

PKK terror təşkilatı Türkiyədən tamamilə çıxdığını açıqlayıb.

Bu barədə Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd olunur ki, PKK rəhbəri Abdulla Öcalanın çağırışı ilə 12-ci toplantıda qəbul edilən qərarlara müvafiq olaraq yeni addım atıb. Bununla da terror təşkilatı bu gün Türkiyədən tamamilə çıxdığını elan edib.

PKK terror təşkilatı bu gün Türkiyədən tamamilə çıxacağını açıqlayacaq.

Moderator.az xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.

Bildirilib ki, terror təşkilatı müvafiq qərarı bu gün Türkiyə vaxtı ilə saat 11:00-da İraqın şimalındakı Kandil bölgəsində açıqlayacaq.

Beləliklə, lideri Abdulla Öcalanın çağırışı ilə özünü ləğv etmək barədə qərar qəbul edən təşkilatın tərksilah prosesində yeni mərhələ başlanacaq.

Oktyabrın 25-də PKK-ya yaxın media orqanın internet səhifəsində təşkilatın yeni açıqlama ilə çıxış edəcəyi bildirilib.

Xatırladaq ki, daha əvvəl A.Öcalan tərəfdarlarına silahı yerə qoymaqla bağlı çağırış edib.

Link kopyalandı!
Son xəbərlər