ASEAN-a yeni dövlət üzv oldu
Dünya
255
10:20, Bu gün

ASEAN-a yeni dövlət üzv oldu

Şərqi Timor rəsmi olaraq Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) qoşulub.

Moderator.az bu barədə ASEAN-nın saytına istinadən xəbər verir.

Bununla bağlı bəyannamə Kuala-Lumpurdakı sammitdə imzalanıb. Bununla da Şərqi Timor ASEAN-ın 11-ci üzvü olub.

Qeyd edək ki, Şərqi Timor Cənub-Şərqi Asiyanın ən kasıb ölkələrindən biridir və Timor adasının yarısını tutur.

Şərqi Timor dövləti 2002-ci ildə İndoneziyadan müstəqillik əldə etməklə yaradılıb.

Link kopyalandı!
Son xəbərlər